Azarkeş sevgisini itirməmək üçün "Yuventus"dan imtina etdi

PSJ-nin sabiq futbolçusu Edinson Kavani “Yuventus”a keçməkdən imtina edib.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi 33 yaşlı hücumçuya transfer təklifi göndərsə də, o, bunu qəbul etməyib. Buna səbəb isə uruqvaylı oyunçunun 2010/13-cü illərdə çıxış etdiyi İtaliyanın digər bir klubu “Napoli”yə bağlı olmasıdır. Onun "Yuventus"a keçməklə “Napoli” azarkeşlərinin sevgisini itirmək istəmədiyi bildirilib.

Xatırladaq ki, E.Kavani bu ilin iyun ayında PSJ ilə başa çatan müqaviləsini yeniləməyərək komandadan ayrılıb.


Qeyd edək ki, E.Kavani “Napoli” forması ilə 138 matça çıxaraq, 104 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right