PSJ rəhbərliyi Messinin transferinə razılıq verdi

PSJ rəhbərliyi "Barselona”dan ayrılacağı gözlənilən Lionel Messini transfer etmək istədiyini təsdiqləyib.

Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi argentinalı hücumçunun keçidinin komanda üçün vacib olduğunu düşünür. Onlar Messinin Paris təmsilçisinə keçəcəyi təqdirdə  Neymar və Klian Mbappenin tərəddüd etmədən müqavilələrini yeniləməyə razı olacaqlarına inanır.

Qeyd edək ki, L.Messi “Barselona” rəhbərliyinin verdiyi qərarlardan narazı olduğu üçün 2021-ci ildə başa çatacaq müqaviləsinə xitam vermək istəyir. 33 yaşlı oyunçunu “Mançesteer Siti” və “İnter” də heyətinə qatmaq niyyətindədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right