“Atletiko” yenidən icarəyə götürdü

Çinin “Dalyan İfan” klubunun futbolçusu Yannik Karrasko 2020/21 mövsümünü də İspaniya təmsilçisi “Atletiko”da keçirəcək.

Newsport.az saytının məlumatına görə, madridlilər Belçika millisinin üzvünü növbəti dəfə icarəyə götürüb.

Razılığa əsasən, 27 yaşlı yarımmüdafiəçi daha bir mövsüm “Atletiko”nun formasını geyinəcək. Karrasko bu ilin əvvəlində icarə əsasında yollandığı paytaxt təmsilçisində ötən mövsüm 7 oyun keçirib, 1 qola imza atıb. Futbolçu AVRO-2020-yə yollanmaq üçün “Atletiko”da qalmağı üstün tutub.

Qeyd edək ki, Yannik Karrasko 2015-2018-ci illərdə də “Atletiko”da çıxış edib, 81 oyunda 17 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right