"Dinamo" hakimin yanlış qərarı ilə "Sarayevo"nu keçdi

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

 

Newsport.az xəbər verir ki, Belarusun "Dinamo" (Brest) klubu evdə Bosniya və Herseqovinanın "Sarayevo" klubunu 2:1 hesabı ilə məğlub edərək III mərhələyə adlayıb.

 

Matçın baş hakimi Lukas Sotiru qonaqların hücumçusu Benjamin Tatarın vurduğu qolu qeydə almayıb. Tatarın oyundan kənar vəziyyətdə olduğu barədə qərar verilsə də, epizodun təkrarında hakimlərin kobud səhvə yol verdiyi aşkarlanıb. Bundan əlavə, kiprli hakim bir neçə epizodda "Sarayevo"ya qarşı haqsız qərarlar verib.

 

"Dinamo" III təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqiblərindən biridir.

 

“Dinamo” (Brest, Belarus) - “Sarayevo” (Bosniya və Herseqovina) - 2:1
Qollar
: Mixail Qordeyçuk, 3, Abdulaye Diallo, 49 - Andrey Dokanoviç, 34





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right