Levandovski millinin oyunlarını buraxacaq

"Bavariya"nın hücumçusu Robert Levandovski UEFA Millətlər Liqasının ilk iki oyununda Polşaya kömək etməyəcək.

Newsport.az xəbər verir ki, yığmanın məşqçilər heyəti 32 yaşlı oyunçuya istirahət verməyi qərarlaşdırıb.

Xatırladaq ki, Polşa Millətlər Liqasında sentyabrın 4-də səfərdə Hollandiya, 7-də isə Bosniya və Herseqovina millisi ilə qarşılaşacaq.

Levandovski 2019-20 mövsümündə “Bavariya” forması ilə 47 oyun keçirib və 55 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right