Neymar "Bavariya"nın əvəzinə "Bayer"i təbrik etdi

PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının kubokunun qazanması münasibətilə ”Bavariya”nın əvəzinə  səhvən Almaniyanın “Bayer” klubunu təbrik edib. Newsport.az xəbər verir ki,  braziliyalı tvitter səhifəsində komandaların adlarını qarşıdırıb.

Neymar sosial şəbəkə hesabından “Məğlubiyyət idmanın bir hissəsidir. Çalışdıq və sona qədər vuruşduq. Hər kəsə sevgi və dəstəyə görə təşəkkür edirəm. Təbriklər, “Bayer” – deyə, yazıb.

Bundesliqa təmsilçisi isə braziliyalı oyunçuya belə cavab verib: “Təşəkkür edirik, Neymar. Ancaq nə üçün bizi təbrik etdiyinizi başa düşmürük. Tətildəyik, amma yenə də təşəkkürlər”.

Xatırladaq ki, "Bavariya" tarixində 6-cı dəfə Çempionlar Liqasını qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right