Messi ona formasını verməyib

"Bavariya"nın futbolçusu Alfonso Deyvis Çempionlar Liqasının 1/4 finalında "Barselona" üzərində 8:2 hesablı qələbədən sonra rəqib komandanın kapitanı Lionel Messidən formasını istəyib.

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə kanadalı oyunçu özü məlumat verib:

"Matçdan sonra Messinin yanına getdim və ondan formasını istədim. Ancaq Messidən cavab almadım. Deyəsən, bir az məyus idi. Ümid edirəm ki, növbəti dəfə onun formasını ala biləcəyəm".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right