Neymar finalı buraxa bilər Forma dəyişdirdiyinə görə

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının final matçını buraxa bilər.

Newsport.az "The Sun"a istinadən xəbər verir ki, buna səbəb onun tibbi protokolu pozmasıdır. 

Braziliyalı hücumçu ötən gecə “Leyptsiq”lə qalib gəldikləri (3:0) yarımfinal oyunundan sonra rəqib komandanın futbolçusu Marsel Halstenberqlə formasını dəyişib. Bu isə UEFA-nın tibbi protokoluna ziddir. Protokolda koronavirusa görə futbolçuların formalarını dəyişməmələri tövsiyyə olunur. Bu qayda pozunntusuna görə futbolçulara oyun cəzası verilə bilər.

Qeyd edək ki, ÇL-in final matçı avqustun 23-də keçiriləcək. PSJ həlledici oyunda "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right