Çempionlar Liqasında ilk finalçı - PSJ!

Bu gün  Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 1 matç keçirilib.  Almaniya "Leyptsiq"i  Lissabondakı "Eştadiu da Luş" stadionunda Fransa PSJ-si ilə qarşılaşıb. Matç Paris təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda tarixində ilk dəfə olaraq ÇL-in  finalına yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər görüşündə sabah "Lion"la "Bavariya" üz-üzə gələcək.  ÇL-in finalı isə avqustun 23-ü keçiriləcək.

18 avqust

23:00. "Leyptsiq" (Almaniya)  - PSJ (Fransa) - 0:3
Qollar: 
Markinyos, 13, Di Mariya, 42, Xuan Bernat, 56
Baş hakim: Byörn Kuypers

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right