"Mançester Yunayted" niderlandlı futbolçunu "Verder"ə icarəyə verdi

"Mançester Yunayted" vingeri Tahit Çonqu Almaniyanın "Verder" klubuna icarəyə verib.

 

Newsport.az-ın məlumatına görə, niderlandlı futbolçu Bremen təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

 

20 yaşlı futbolçu ötən mövsüm əsas komandada keçirdiyi 12 oyunda 2 məhsuldar ötürmə edib. Tahit Çonq "Feyenoord"un yetirməsidir. O, 2016-cı ildə "qırmızı şeytanlar"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right