“Barselona”ya qarşı oynamaq qeyri-adi idi” – Koutinyo

“Bavariya”nın futbolçusu Filipe Koutinyo Çempionlar Liqasının 1/4 finalında “Barselona”ya 8:2 hesabı ilə qalib gələrək yarımfinala çıxdıqları matçdan sonra oyun haqda fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, müqavilə ilə Kataloniya klubuna məxsus olan 28 yaşlı hücumçu “Barselona”ya qarşı oynamağın qeyri-adi olduğunu deyib:

“Zədəmi sağaltmışam. Uzun müddətdir ki, oynamırdım. Formaya düşmək üçün çox çalışdım. Bu matç mühüm idi. "Barselona”ya qarşı oynamaq qeyri-adi idi. Amma “Bavariya” ilə müqaviləm var. Diqqətimi Çempionlar Liqasına yönəltmişəm”.

“Bavariya” turnirin yarımfinalında “Mançester Siti”-“Lion” cütünün qalibi ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right