"Benfika"dan üç transfer

Portuqaliyanın "Benfika" klubu 3 transferini açıqlayıb.

 

Newsport.az klubun saytına istinadla xəbər verir ki, Lissabon təmsilçisi "Tottenhem"dən ayrılan Yan Vertongeni rənglərinə bağlayıb. 33 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

 

Portuqaliya klubu Braziliya təmsilçisi "Qremio"nun vingeri Evertonu 20 milyon avro qarşılığında heyətinə cəlb edib. 24 yaşlı futbolçu ilə 5 illik sözləşmə bağlanılıb.

 

"Benfika" Almaniyanın "Frayburq" klubunun mərkəz hücumçusu Luka Valdşmidti 15 milyon avroya transfer edib. 24 yaşlı almaniyalı hücumçunun müqaviləsi 2025-ci ilin iyunun 30-dək nəzərdə tutulub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right