PAOK gürcüstanlı futbolçunu transfer etdi

Yunanıstanın PAOK klubu Tbilisi "Dinamo"sunun futbolçusu Nika Ninuanı transfer edib.

 

Newsport.az xəbər verir ki, Saloniki təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Nikanın illik maaşı 350 min avro olacaq.

 

"Dinamo"nun yetirməsi komandada keçirdiyi 95 oyunda 14 qol vurub. Onun adı bir müddət "Beşiktaş"la hallansa da, futbolçu Yunanıstan klubuna keçib. PAOK Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində məhz İstanbul klubu ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right