"Lion" "Mançester Siti"ni belə məğlub etdi Yenilənib

Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, son 1/4 final oyununda “Mançester Siti” “Lion”la üz-üzə gəlib.

İngiltərə təmsilçisi turnirin favoritlərindən hesab olunsa da, Fransa klubu rəqibindən üstün olub. 1/8 finalda "Yuventus"u sürpriz şəkildə mübarizədən kənarlaşdıran Rudi Qarsiyanın komandası "şəhərlilər"i 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. "Lion" final uğrunda oyunda “Bavariya” ilə qarşılaşacaq.

Qeyd edək ki, "Lion" və "Bavariya" ilə yanaşı, PSJ ilə “Leyptsiq” də yarımfinala vəsiqə qazanıb.



15 avqust

1/4 final

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) -1:3 
Qollar:
 Kornet, 24 (0:1), Kevin de Brüyne, 69 (1:1), Dembele, 78 (1:2), 87 (1:3)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right