Aksiyada iştirak edən BATE-nin futbolçusu tutuldu

Belarusda Aleksandr Lukaşenkonun prezident "seçilməsinə" görə etiraz dalğası davam edir.

 

Newsport.az xəbər verir xalqın etirazına idmançılardan da qoşulanlar var. BATEnin hücumçusu Anton Saroka saxlanılanlar arasındadır. Məlumata görə, 28 yaşlı futbolçu polislər qarşıdurma zamanı avqustun 11-i tutulub.

 

Onunla yanaşı, xokkeyçi İlya Litvinov və MMA döyüşçüsü Aleksey Kudin saxlanılıblar. Litvinov sərəbəst buraxılsa da, digər idmançılardan məlumat yoxdur.

 

Aleksandr Lukaşenko 6-cı dəfə ölkə prezidenti "seçilib". Xalq diktator rejimə qarşı olduğu üçün Minsk və digər şəhərlərdə etirazlar edir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah