"Lion" "Mançester Siti" ilə matçın hakiminin dəyişdirilməsini tələb edir

Fransanın "Lion" klubu Çempionlar Liqasının 1/4 finalında qarşılaşacağı İngiltərə "Mançester Siti"si ilə oyun üçün hakim təyinatının dəyişdirilməsini istəyir. 

Newsport.az "Goal" nəşrinə istinadən xəbər verir ki, klub bu barədə UEFA-ya müraciət etmək niyyətindədir. Fransa təmsilçisi niderlandlı baş hakim Danni Makkelinin qərəzli ola biləcəyinə inanır.

Çünki "Lion" yarışla vidalaşsa və "Mançester Siti" titulu qazancağı təqdirdə Fransa təmsilçisi avrokuboklarda oynamaq şansını itirəcək. Bundan əlavə, Niderlandın "Ayaks" klubu avtomatik olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək. 

Qeyd edək ki, "Mançester Siti" - "Lion" matçı avqustun 15-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right