"Latsio" "Fənərbaxça"nın hücumçusunu transfer etdi

"Latsio" "Fənərbaxça"nın hücumçusu Vedat Murikini transfer edib.

 

Newsport.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, Roma təmsilçisi bu keçid üçün 18,15 milyon avrosundan keçib.

 

Əgər paytaxt klubu növbəti mövsüm A Seriyasında çempion olsa İstanbul təmsilçisinə 2,5 milyon avro bonus ödəyəcək. 2-ci yer 1,5 milyon, 3-cü pillə 1 milyon, 4-cülüyün bonusu isə 0,5 milyon avro təyin olunub. Növbəti satışdan "sarı-lacıvərdli" kluba pay ödəniləcək.

 

Kosovo yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. 26 yaşlı mərkəz hücumçusu illik 2 milyon avro maaş alacaq. Muriki növbəti həftə Romaya yollanıb, tibbi müayinədən keçəcək.

 

"Fənərbaxça" Murikini 2019-cu ilin yayında "Rizəspor"dan 5 milyon avro və 3 futbolçu qarşılığında transfer etmişdi. Kosovolu futbolçu ötən mövsüm keçirdiyi 36 oyunda 17 qol vurub, 7 məhsuldar ötürmə edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah