"Leyptsiq" "Atletiko"nu yarımfinala buraxmadı Yenilənir

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək. Newsport.az xəbər verir ki, ikinci oyun günündə “Leyptsiq”lə “Atletiko” klubu üz-üzə gələcək.

Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutacaq matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Vacib görüşdə “Atletiko”nun iki futboolçusu - Anhel Korrea və Şime Vrsalko koronavirusa yoluxduqları üçün oynamayacaqlar.

Almaniya klubunda isə Fabris Hartman və Marsel Zabitzer zədə səbəbindən matçı buraxacaqlar.

13 avqust

Çempionlar Liqası, 1/4 final

23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya) 2:1

Baş hakim: Şimon Marçinyak

Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right