“Beşiktaş”dan ilk transfer

Türkiyəni futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Beşiktaş” bu yay ilk transferini həyata keçirib.

Newsport.az xəbər verir ki, İstanbul klubu “Alanyaspor”dan ayrılan Fabrise Nskalanı transfer edib.

Bu barədə “qara qartallar”ın rəsmi saytı məlumat yayıb. 30 yaşlı konqolu müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-ci ildən “Alanyaspor”da çıxış edən Nskala bu komandada ümumilikdə 128 oyuna çıxıb.

Yeri gəlmişkən, Türkiyə mətbuatı “Beşiktaş”ın kanadalı futbolçusu Atiba Hatçinsonla da yeni müqavilə imzaladığını iddia edir. 37 yaşlı yarımmüdafiəçinin 500 min avro qarşılığında daha 1 il İstanbul təmsilçisində çıxış edəcəyi bildirilir. İstanbul klubunun tezliklə bu barədə də rəsmi açıqlama yayması gözlənilir.

Qeyd edək ki, Hatçinson 2013-cü ildən “Beşiktaş”da oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right