Super Liqa klubunda bir transfer, bir ayrılıq

Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Polşanın “Poqon” klubundan Zvonimir Kozulu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bosniya və Herseqovinadan olan futbolçu ilə 2 illik müqavilə imzalanıb.

26 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Şiroki Briyer”, “Vitez”, “Branitel”, “Hayduk” (Split) klublarında da forma geyinib. O, 2018-ci ildən “Poqon”un uğurları üçün çalışırdı.

“Qaziantep” ötən mövsümün əvvəlində “Başakşəhər”dən bir illik icarəyə götürdüyü Muhammet Demir ilə də yollarını ayırdığını açıqlayıb. Klub 28 yaşlı hücumçuya xidmətlərinə görə təşəkkür edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right