Türkiyə millisinin üzvü "Xetafe"də

İspaniyanın "Xetafe" klubu "Vilyarreal"ın hücumçusu Enes Ünalı transfer edib.

 

Newsport.az klubun saytına istinadla xəbər verir ki, Madrid təmsilçisi türkiyəli futbolçu ilə 5 illik müqavilə imzalayəb. "Mavilər" 23 yaşlı hücumçunun keçidi üçün 5 milyon avro təzminat ödəyib.

 

Ünal ötən mövsümü icarə əsasında La Liqanın digər təmsilçisi "Real Valyadolid"də keçirib. O, 37 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right