DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin oyunları növbəti dəfə təxirə salınıb.

Newsport.az xəbər verir ki, oktyabr - noyabr aylarında keçirilməsi planlaşdırılan matçlar koronavirus pandemiyasına görə 2021-ci ildə olacaq.

Bununla yanaşı, 2023-cü ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələ matçları da təxirə düşüb. Qərar FİFA ilə məsləhətləşdikdən sonra verilib.

Qeyd edək ki, daha əvvəl 23 - 31 mart və 1 - 9 iyunda nəzərdə tutulan Asiya zonası üzrə seçmə mərhələnin oyunları təxirə salınıb. DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right