"Qarabağ"a qol vuran legioneri geri qaytardılar FOTO

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərindən "Şerif" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, bir müddət öncə "Zirə"dən ayrılan Riçard Qadzeni transfer edən Tiraspol təmsilçisi Almaniya "Paderborn"undan bosniya və herseqovinalı yarımmüdafiəçi Rifet Kapiçi icarəyə götürüb.

25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb. 2018/2019 mövsümündə də "Şerif"in formasını geyinmiş Kapiç 2 il öncə Avropa Liqasının pley-off mərhələsinin Tiraspolda keçirilən ilk oyununda (1:0) "Qarabağ"ın qapısına qol vuraraq komandasına minimalhesablı qələbə qazandırmışdı.

Cavab matçında isə Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv rəqibini 3 cavabsız qolla məğlub edərək qrup mərhələsinə vəsiqə qazanmışdı.

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Makedoniya təmsilçisi "Sileks"lə qarşılaşacaq. Bakıdakı oyun avqustun 18-də olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right