Andrea Pirlo Merih Demiralın satılmağını istəmədi

"Napoli" "Yuventus"un müdafiəçisi Merih Dəmiralı transfer etmək üçün hərəkətə keçib.

 

Newsport.az-ın məlumatına görə, Neapol klubu Turin təmsilçisinə bu keçid üçün polşalı hücumçusu Arkadiuş Miliki də verməyə hazır olduğunu bildirib.

 

Ancaq "qoca sinyora"nın yeni baş məşqçisi Andrea Pirlo türkiyəli müdafiəçinin gələcək planlarında gördüyü üçün bu keçidin baş tutmağına imkan verməyib.

 

"Yuventus" Dəmiralı 2019-cu ilin yayında "Sassuolo"dan 18 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right