“İnter”lə “Mançester Yunayted” yarımfinalda!

Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.
 
Newsport.az xəbər verir ki, bu mərhələdə cütlərin taleyini bir oyun həll edir. Qərara əsasən, matçlar Almaniyanın müxtəlif şəhərlərində keçirilir.
 
İlk oyun günündə iki qarşılaşma baş tutub. İngiltərənin “Mançester Yunayted” komandası Kölndə Danimarka “Kopenhagen”i ilə üz-üzə gəlib və çətin qələbə sayəsində mərhələ adlayıb.
 
İtaliya “İnter”i isə Dusseldorfda Almaniya “Bayer”inin (Leverkuzen) müqavimətini qırmağa çalışıb. Üç qolun qeydə alındığı matçda sevinən tərəf Milan təmsilçisi olub.
 
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşması avqustun 11-də baş tutacaq. İngiltərə “Vulverhempton”u İspaniya “Sevilya”sı ilə, Ukrayna “Şaxtyor”u isə İsveçrə “Bazel”i ilə münasibətlərə aydınlıq gətirəcək.
 
Avropa Liqası
1/4 final
10 avqust
 
“Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 1:0
Qol: B.Fernandes, 94-pen.
 
“İnter” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) 2:1
Qol: Barella, 15. Lukaku, 21 – Haverts, 24.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right