Prosineçkinin yeni klubu bəlli oldu

Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi məlum olub.
 
Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Robert Prosineçkiyə tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xorvat mütəxəssis avqustun 14-də Dənizliyə gedərək rəsmi müqaviləyə imza atacaq. Sözləşmənin detalları barədə məlumat verilmir.
 
Qeyd edək ki, Azərbaycan yığmasının sabiq baş məşqçisi olan Prosineçki son mövsümdə Super Liqanın digər təmsilçisi “Kayserispor"a rəhbərlik edirdi. O, 2014-2017-ci illər aralığında Azərbaycan millisini çalışdırıb.
 
Yeri gəlmişkən, “Dənizlispor” yeni mövsüm öncəsi heyətini də gücləndirməyə davam edir. Daha öncə Mustafa Yumlunu heyətinə qatan Dənizli təmsilçisi Oğuz Yılmazı da transfer edib. 27 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. “Dənizlispor”la müqaviləsi gələn ilin yayında bitəcək yarımmüdafiəçi Recep Niyazla da anlaşmanın müddəti daha iki il uzadılıb. 25 yaşlı vinger yeni müqaviləyə əsasən 2023-cü ilin yayına kimi bu klubun uğurları üçün çalışmağa davam edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right