Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bayram Bektaş çalışdıracaq.

Bu barədə klub prezidenti Berna Gözbaşı sosial şəbəkə hesabında məlumat paylaşıb. O, Bektaşla anlaşdıqlarını bəyan edib. Tərəflər tezliklə rəsmi müqaviləyə imza atacaqlar və yeni baş məşqçi öz işinə başlayacaq.

Bayram Bektaş daha öncə “Elazığspor”, “Qaziantepspor”, “Ümraniyespor”, “Göztəpə” və “Ankaragücü” klublarına rəhbərlik edib.

Qeyd edək ki, Bektaş baş məşqçi postunda Robert Prosineçkini əvəz edəcək. Azərbaycan yığmasının sabiq çalışdırıcısı ilə müqavilənin müddəti mövsümün sonunda başa çatıb. Xorvat mütəxəssisin Super Liqanın digər təmsilçisi “Dənizlispor”u çalışdıracağı iddia olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right