"Sevilya"nın müdafiəçisi 1-ci oldu

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu, "Sevilya"nın müdafiəçisi Serxio Reqilondur. 23 yaşlı müdafiəçi qurumun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədə Ruy Patrisiu ("Vulverhempton"), Yonass Vin ("Kopenhagen") və Junior Moraesi ("Şaxtyor") qabaqlayıb.

Qeyd edək ki, S.Reqilon Avroliqanın 1/8 finalında "Roma" ilə matçda (2:0) komandasının ilk qolunu vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right