“Barselona”lı Premyer Liqanın 2 klubunun hədəfində

“Barselona”nın yarımmüdafiəçisi Rafinya Alkantara karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, Premyer Liqanın iki klubu 27 yaşlı futbolçunun xidmətində maraqlıdır.

“Everton” və “Vulverhempton” Rafinyanı heyətinə qatmaq niyyətindədir. Braziliyalı futbolçunun “Selta”nın da maraq dairəsində olduğu bildirilir.

Kataloniya klubu da Rafinyanın satışına müsbət yanaşır. “Barselona”nın Rafinyanın təzminat məbləğini 16 milyon avro olaraq müəyyənləşdirdiyi deyilir.

Rafinyanın “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right