"Arsenal" 3 futbolçunun transferi üçün 110 milyon ayırdı

"Arsenal" yeni mövsümün transferləri üçün 110 milyon avro xərcləməyi planlaşdırır.

 

Newsport.az-ın məlumatına görə, London təmsilçisi gəlir qazanmaq üçün Lukas Torreyra, Eynsli Meytlend-Naylz, Matteo Gündüzi və Şkodran Mustafi kimi futbolçuları satmaq fikrindədir.

 

"Topçular"ın hədəfində Tomas Parti ("Atletiko"), Qabriel Meqalaes ("Lill") və ötən mövsüm "Real"dan icarəyə götürdüyü Dani Sebalyos var. "Arsenal"ın bu 3 futbolçunun keçidi üçün 110 milyon avro xərcləyəcəyi gözlənilir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah