Messi anti-koronavirus döşəyində yatır

"Barselona"nın kapitanı Lionel Messi koronavirusdan qorunmaq üçün fərqli üsula əl atıb.

Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu anti-koronavirus döşəyində yatır.

Belə ki, bu döşəklərin üzəri virusu məhv edən nanohissəciklər yerləşdirilmiş parça ilə örtülüb. Nəticədə hər hansı bir virus 4 saat ərzində məhv edilir. Bu vasitənin koronavirusdan qoruma dərəcəsi 99.84 faiz kimi qiymətləndirilir.

Bundan əlavə döşəklər modelindən asılı olaraq müxtəlif funksiyalara- ayaq masajı və s. xüsusiyyətlərə malikdir. Xəbərdə o da qeyd edilib ki, Messi döşəklərdən məmnun olduğu üçün onu evlərinin bütün otaqlarına quraşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right