"Yuventus" yeni baş məşqçisini tapdı

"Yuventus" istefaya göndərdiyi baş məşqçisi Maurisio Sarrinin əvəzləyicisini tapıb.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisini  U-23 komandasının baş məşqçisi Andrea Pirlo çalışdıracaq. Bildirilir ki, bu seçimi klubun prezidenti Andrea Aqnelli edib.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis 1 ay əvvəl "Yuventus"un U-23 komandasına baş məşqçi təyin olunub. O, futbolçu karyerası ərzində 2011-2015-ci illərdə A seriyası təmsilçisinin heyətində oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right