Ronaldo "Yuventus"un tarixinə düşdü

Kristiano Ronaldo İtaliyanın “Yuventus” klubunun tarixinə düşüb. Newsport.az xəbər verir ki, ulduz oyunçu Turin klubunda bir mövsümə ən çox qol vuran futbolçu adına yiyələnib.

Ronaldo Çempionlar Liqasının 1/8 final mərhələsinin “Lion”la cavab oyununda (2:1) dubla imza atıb. Bununla da onun 2019/20 mövsümündəki qol sayı 36-ya çatıb.

“Ağ-qaralar”ın tarixində əvvəlki rekord macarıstanlı Ferens Xirzerə məxsus idi. O, 1925/26 mövsümündə 35 qol vurmuşdu. Ronaldo 94 ildən sonra rekordu yeniləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right