"Barselona"da dəyişiklik olmasa, "Napoli"ni uda bilməyəcəyik" Messi

"Barselona"nın kapitanı Lionel Messi Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə cavab matçından öncə fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, argentinalı hücumçu komandada dəyişiklik edilməli olduğunu düşünür:

"Bir müddət əvvəl demişdim ki, keçən mövsümdəki kimi çıxış etsək, Çempionlar Liqasını qazanmaq bizim üçün çətin olacaq. İspaniya çempionu olmağa belə gücümüz çatmadı. Heç bir reaksiya verməsək, dəyişikliklər etməsək, "Napoli"ni məğlub edə bilməyəcəyik".

Qeyd edək ki, komandalar arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb. Cavab oyunu isə bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah