Prezident Prosineçkinin ayrılığını açıqladı

“Kayserispor” baş məşqçisi Robert Prosineçkinin başa çatan müqaviləsini uzatmayıb.

 

Newsport.az xəbər verir ki, bu barədə Super Liqa klubunun prezidenti Berna Özbaşı məlumat verib

 

“Kayseripor” xorvatiyalı mütəxəssisin rəhbərliyi ilə 19 oyuna çıxıb, 6 qələbə qazanıb, 5 heç-heçə edib və 8 dəfə uduzub. Kayseri təmsilçisi çempionatı son pillədə bitirib. Buna baxmayaraq, federasiyanın qərarına əsasən, aşağı liqaya enmə qaydası bu mövsüm olmayacaq.

 

Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right