Avropa Liqası: 1/8 finala yekun vuruldu

Bu gün  Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

 

Newsport.az xəbər verir ki, ikinci oyun günündə daha 4 matç keçirilib. "Bayer", "Sevilya", "Bazel" və "Vulverhempton" klubları mərhələ adlayan klublar olub.

 

Dünən keçirilən matçlardan sonra "Şaxtyor", "Kopenhagen", "İnter" və "Mançester Yunayted" 1/4 finala vəsiqə qazanmışdı.

 

Avropa Liqası
1/8 final, cavab oyunları

6 avqust

 

20:55. "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:0

Qol: Musa Diabi, 51

İlk oyun - 3:1

 

20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) - 2:0

Qollar: Serxio Reqilon, 21, Yusif Ən-Nəsiri, 44

İlk oyun keçirilməyib

 

23:00. "Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:0

Fabian Frey, 88
İlk oyun - 3:0

 

23:00. "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 1:0

Qol: Raul Ximenes, 8 (pen.)
İlk oyun - 1:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right