İbrahim Şehiçin yeni klubu bəlli oldu

Türkiyə Super Liqasına vəsiqə qazanan "Ərzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiç komandadan ayrılıb.

 

Newsport.az xəbər verir ki, bosniyalı qapıçı Super Liqaya yüksələn digər klub "Hatayspor"la anlaşıb. Klub tezliklə transferi açıqlayacaq.

 

Şehiç ötən mövsüm keçirdiyi 34 oyunda 26 top buraxıb, 16 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

 

31 yaşlı qapıçı 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right