Bundesliqa klubu müflis oldu

Avstriyanın köklü futbol klublarından sayılan "Mattersburq" müflis olub. Newsport.az klubun  saytına istinadən xəbər verir ki, rəhbərlik müflis olması barədə müraciət hazırlayıb və ölkənin Bundesliqasında oynamaq lisenziyasından könüllü imtina edib.
 
"Mattersburq" bu addımı atmasına əsas sponsoru "Commerzialbank Mattersburg im Burgenland AG"nin bağlanması səbəb olub. Bankın İdarə Heyətinin sədri və klubun uzunmüddətli prezidenti Martin Puxer maliyyə maxinasiyasında şübhəli bilinir və o, istintaqa cəlb olunub.
Klub rəhbərliyinin iclasında gənclər futbol məktəbini qoruyub saxlamaq məqsədi ilə yeni komandanın yaradılması təklif olunub. Əsas heyətin üzvləri isə klubdan ayrılacaqlar.
 
Qeyd edək ki, 1922-ci ildə yaradılan "Mattersburq" Avstriyanın yüksək divizionunda 2003/2004 mövsümündə debüt edib. Komandanın yüksək liqada ən böyük uğuruna 2006/2007 mövsümündə imza atıb. Həmin mövsüm çempionatı 3-cü pillədə başa vurublar.
 
Xatırladaq ki, "Mattersburq" 2018-ci ildə millimizin üzvləri  Araz Abdullayev və Ramil Şeydayevi transfer etmək istəyıb. Ancaq bu transferlər alınmamışdı.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right