"Kasilyasa qarşı oynamaq çətin idi" Messi

"Barselona"nın hücumçusu Lionel Messi "Real"ın sabiq qapıçısı İker Kasilyasın karyerasını bitirməsinə münasibət bildirib. Newsport.az xəbər verir ki, argentinalı oyunçu ispaniyalı qapıçı barədə xoş sözlər söyləyib:

"İker futboldan ayrılsa da, adı çoxdan tarixə keçib. Yalnız liqada titullar aldığına görə yox, beynəlxalq səviyyədə hər şeyi qazanmağı bacardığı üçün. O, böyük qapıçıdır və həqiqət budur ki, İkerə qarşı oynamaq mənim üçün çətin idi. Ancaq geriyə baxanda düşünürəm ki, hər dəfə bir-birimizlə rəqib olduğumuz zaman gözəl bir rəqabət olurdu”.

Qeyd edək ki, Kasilyas daha öncə Messinin qarşılaşdığı ən yaxşı hücumçu olduğunu açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right