“Espanyol” La Liqanı tərk etmək istəmir

İspaniya La Liqasında son mövsümün nəticələrinə əsasən mövsümü 20-ci pillədə bitirən və turniri tərk edən “Espanyol” müraciət ünvanlayıb.

Newsport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə yaydığı müraciətdə, cari mövsümdə çempionatı tərk etməklə bağlı qərarın aradan qaldırılmasını tələb edib.

Belə ki, klub rəhbərliyi koronavirusun yaratdığı durğunluq və pandemiyanın mənfi təsirləri səbəbiylə mövsümdə son pillələri tutan komandaların La Liqanı tərk etməsi ilə bağlı qərarın ləğv edilməsini istəyib.

La Liqada mövsümün nəticələrinə əsasən, turnir cədvəlində son pillələri tutan “Leqanes”, “Malyorka” və “Espanyol” turniri tərk edib və yeni mövsümdən Sequndada mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right