Avrokuboklarda sarı vərəqələr silinir

Avrokuboklarda bu mövsüm 1/8 finalın oyunlarından sonra futbolçuların sarı vərəqələri silinəcək.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsi qərar verib.

Koronavirus pandemiyasının yaratdığı çətinliklərdən sonra klublarda balansı qorumaq üçün bu addım atılıb.

Yeni mövsümdən isə avrokubkların təsnifat və pley-off mərhələsinin oyunlarında alınan sarı vərəqələr qrup mərhələsinin matçlarına təsir etməyəcək.

Digər bir qərara əsasən, 2020/2021 mövsümündə UEFA bayrağı altında keçirilən qarşılaşmanın oynanılacağı ölkədə karantin və ya səyahət məhdudiyyətləri olacağı halda, oyun başqa ölkədə keçirilə bilər.

Bundan başqa, klublarda bir neçə nəfərin virusa yoluxması da oyunlara təsir etməyəcək. Yeni mövsümdə bir klubda biri qapıçı olmaqla, ümumilikdə 13 futbolçu sağlamdırsa, qarşılaşmalar oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right