Xames Rodriges PSJ-yə təklif olundu

"Real"ın yarımmüdafiəçisi Xames Rodriges karyerasını Fransada davam etdirə bilər. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, oyunçunun agenti onu PSJ-yə təklif edib.

Daha əvvəl yarımmüdafiəçi ilə “Mançester Yunayted”in maraqlandığı bildirilirdi. İngiltərə klubu kolumbiyalı üçün 25 milyon avro versə də, Madrid təmsilçisi Xamesin satışından 35 milyon qazanmağa düşünür.

İspaniiya mətbuatı PSJ-nin də oyunçuya maraqlı olduğunu yazır. Əgər Rodriges Fransada oynamaq istəsə, tərəflər danışıqlara başlayacaq.

Qeyd edək ki, kolumbiyalı cari mövsüm La Liqada cəmi 7 oyunda çıxış edib və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right