"Onu almağa pulumuz yoxdur" "Bavariya"nın prezidenti

"Bavariya"nın prezidenti Uli Heness "Bayer"in futbolçusu  Kay Havertzi transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, 21 yaşlı yarımmüdafiəçini almaq üçün pullarının olmadığını deyib: "Sanenin transferi üçün çox pul xərclədik.  Bu, əla transfer idi. Daha yüksək məbləğli transferlər olmayacaq. Koronavirus səbəbindən mövcüd durum göz önündədir. Havertzi almaq üçün pulu haradan tapacağımızı düşünə belə bilmirəm".

Qeyd edək ki, Havertz 2019/2020 mövsümündə 43 matçda 17 qol vurub, 9 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right