"Barselona" hücumçusuna 20 milyon avro qiymət qoydu

"Barselona"nın futbolçusu Martin Braytuayt karyerasını "Vest Hem"də davam etdirə bilər.

Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, transferlə bağlı klublar arasında danışıqlar inkişaf mərhələsindədir. Transfer gerçəkləşəcəyi təqdirdə, İngiltərə təmsilçinin təxminən 20 milyon avro təzminat ödəməsi gözlənilir.

Qeyd edək ki, "Barselona" fevralda 29 yaşlı hücumçunu 18 milyon avroya "Leqanes"dən alıb. O, Kataloniya təmsilçisində 11 oyunda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right