Avrokubok matçları bir dəqiqəlik sükutla başlayacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün qalan oyunları bu həftə bərpa olunacaq.

Newsport.az xəbər verir ki, keçiriləcək qarşılaşmalar bir dəqiqəlik sükutla başlayacaq.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bu ilin əvvəlindən etibarən bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasının qurbanlarının bir dəqiqəlik sükutla yad ediləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Avroliqa avqustun 5-də, ÇL isə ayın 7-də bərpa olunacaq. Bütün qarşılaşmalar pandemiya ilə əlaqədar azarkeşsiz keçiriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right