"Barselona"nın iki futbolçusu Premyer Liqaya keçir

“Barselona”nın futbolçuları Samuel Umtiti və İvan Rakitiç komandanı tərk edə bilər.Newsport.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu oyunçuların satılmasına qərar verib.

Məlumata görə, rəhbərlik yeni mövsümdən heyətdə köklü dəyişikliklər etməyi planlaşdırır. Əsas hədəf komandaya daha gənc oyunçuların cəlb edilməsidir. Bu səbəbdən də adı çəkilən iki futbolçu ilə yollar ayrılacaq.

Umtiti və Rakitiçin karyerasını Premyer Liqada davam etdirmək şansları var. “Arsenal” və “Mançester Yunayted” klublarının futbolçularla maraqlandığı iddia edilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right