“Torino”da baş məşqçi dəyişikliyi

İtaliyanın “Torino” klubunun baş məəşqçisi Moreno Lonqo istefa verib.

Newsport.az “Football Italia”ya istinadən xəbər verir ki, o, qərarını A Seriyasının sonuncu – 38-ci turunda ötən gecə “Bolonya” ilə keçirilən oyundan (1:1) sonra açıqlayıb:

“Bu, mənim “Torino”da son oyunum idi. Məni komandanı elitada saxlamaq üçün dəvət etmişdilər – mən bunu etdim” – deyə Lonqo bildirib.

Fevral ayında baş məşqçi təyin edilən Lonqonun komandası mövsümü 16-cı pillədə başa vurub.

Turin təmsilçisinin yeni baş məşqçisi də artıq məlumdur. Klubun idman direktoru Davite Vaqnati yerli mətbuata açıqlamasında “Milan”ın sabiq baş məşqçisi Marko Canpaolo ilə razılıq əldə etdiklərini deyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right