Super Liqa klubunda Ceyhunla yeni müqavilə

“Alanyaspor” yarımmüdafiəçisi Ceyhun Gülselamla müqavilənin müddətini uzadıb.

Newsport.az-ıın məlumatına görə, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu 2 illik (1+1) yeni müqaviləyə imza atıb. Ceyhun Gülselam 2018-ci ildən “Alanyaspor”un uğurları üçün çalışır.

O, geridə qalan mövsümdə bu komandanın heyətində bütövlükdə 40 oyuna çıxıb, 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə kubokunun finalına çıxan Alanya təmsilçisi Super Liqada da 5-ci yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right