"Qızıl buts" İmmobilenin oldu

"Latsio"nun futbolçusu Çiro İmmobile İtaliya A Seriyasında 2019/20 mövsümünün bombardiri olub.

 

Newsport.az-ıın məlumatına görə, 30 yaşlı hücumçu bu mövsüm çempionatda keçirdiyi 35 oyunda 36 qol vurub.

 

İtaliyalı futbolçu bir mövsümdə ən çox qol vuran "Napoli"nin keçmiş futbolçusu Qonsalo İquainin rekordunu yeniləyib. Argentinalı hücumçu 2015/16 mövsümünü 36 qolla tamamlamışdı.

 

İmmobile Avropa liqalarında ən çox qol vuran futbolçu olduğu üçün "Qızıl buts" mükafatını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right