"Beşiktaş" braziliyalı müdafiəçi ilə anlaşdı

"Beşiktaş" transfer fəaliyyətini davam etdirir.

Newsport.az-ıın məlumatına görə, "qara qartallar" "Alanyaspor"un futbolçusu Vellintonu transfer edib. "Ağ-qaralar" 31 yaşlı futbolçu ilə 2 illik razılığa gəlib.

İstanbul təmsilçisi bu transferin qarşılığında qarşı tərəfə 22 yaşlı müdafiəçisi Fatih Aksoyu verib.

Vellinton 2017-ci ildən "Alanyaspor"da çıxış edirdi. O, başa çatan mövsüm keçirdiyi 27 oyunda 3 qol vurub.

"Beşiktaş" "Alanyaspor"dan daha öncə konqolu müdafiəçi Fabris Nsakalanı transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right